Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən tanınmış müasir yazıçılardan biridir. Qardaş respublikanın nəşriyyatları tərəfindən ədibin əsərləri nəşr edilib, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum və başqa şəhərlərin teatrlarında tamaşaya qoyulub.
Türkiyənin məşhur nəşriyyatlarından olan “Ötüken”də Elçinin “Ağ dəvə” romanı ilk dəfə 1999-cu ildə çap olunub. Bugünlərdə isə nəşriyyat oxucuların marağını nəzərə alaraq “Ağ dəvə”ni yeni tərtibatda təkrar nəşr edib. Romanı türk dilinə professor Ali Duymaz uyğunlaşdırıb. O, eyni zamanda kitaba “Ön söz” yazaraq, Elçinin yaradıcılığını və onun türkdilli ədəbiyyatda tutduğu mövqeyi yüksək qiymətləndirib. Bu, Xalq yazıçısının “Ötüken” nəşriyyatı tərəfindən çap edilmiş 11-ci, ümumilikdə isə Türkiyədə nəşr olunmuş 23-cü kitabıdır.