Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində” kitabı işıq üzü görüb. Kitabda tanınmış serb yazıçısı və ədəbi tənqidçi Y.Mixayloviç Bakı təəssüratlarından, Xəzər sahillərində keçirdiyi unudulmaz günlərdən, həyat yoldaşı, dünya şöhrətli yazıçı Milorad Paviçlə bağlı xatirələrindən bəhs edir. Kitabın tərcüməçisi Aynur Təbrizlidir.