Moskvada Rusiya Yazıçılar Birliyinin, litclub.ru, stixi.ru və proza.ru portallarının təsis etdiyi, UNESCO-nun himayəsi ilə keçirilən “İlin yazıçısı” mükafatı növbəti dəfə 5 nominasiyada öz sahiblərini tapıb. Baş mükafat “Emalatxana” silsilə hekayələrinə görə rusiyalı yazıçı Aleksandr Sizuxinə təqdim edilib. Fərqlənənlər sırasında azərbaycanlı yazıçı Varis də var. O, “Rəngsizliyin rəngləri” nəsr seçməsinə görə “Romantika” nominasiyasının diplomantı adına layiq görülüb.
Bir müddət əvvəl Varis Rusiya Yazıçılar Birliyinə üzv seçilib.