İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət idarəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş 1000 səhifəlik kitab çapa hazırlanır.
Nəşrin tərtibatçısı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır. Kitaba şairin “Gülüstan”, “Atılmışlar”, “Şəhidlər” poemaları və seçilmiş şeirləri, eləcə də alimin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə monoqrafiyası daxil edilib.
Kitabı türkcəyə Mətin Özər uyğunlaşdırıb. Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər nəşrə “Ön söz” yazıb.