Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva iyunun 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Səfir tanınmış Argentina yazıçısı Adolfo Bioy Kasaresin “La invencion de Morel” (“Morelin ixtirası”) kitabını Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması üçün qurumun direktoru Afaq Məsuda təqdim edib.
Ölkələrimiz arasında əlaqələrin yaxınlaşmasında ədəbiyyatın xüsusi rolunu qeyd edən diplomat kitabın Azərbaycan oxucusu üçün maraqlı olacağını, bu layihənin Tərcümə Mərkəzinin köməkliyi ilə həyata keçirilməsi nəzərdə tutulan növbəti layihələrin başlanğıcı olduğunu bildirib.