Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə gənc azərbaycanlı yazıçı Pərvin Nurəliyevanın "Qar yağacaq" adlı hekayələr kitabı özbək dilinə tərcümə edilərək nəşr olunub. Kitabı özbək dilinə tərcüməçi, tanınmış alim Babaxan Məhəmməd Şərif çevirib. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardır.
Kitabda "Şirinlik", "Sevimli... nəfis... mən...", "Fiona", "Samir üçün", "Balerina" və s. əsərlər yer alıb.
Kitabın sonunda tərcüməçi Babaxan Şərifin "Pərvin - Azərbaycan ədəbiyyatının ümidi" adlı məqaləsi verilib. O, sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.