İyulun 16-da Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli şair və tanınmış maarifçi Seyid Əzim Şirvaninin 180 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Elm, ədəbiyyat, mədəniyyət xadimlərinin qatılacağı "Maarifpərvər şair Seyid Əzim Şirvani" mövzusunda tədbirdə Mərkəzi kitabxananın fəalları şairin sözləri əsasında ədəbi-bədii kompozisiya təqdim edəcəklər.