Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri çərçivəsində iyunun 22-də Bakı Caz Mərkəzində Gürcüstanın “Mərcanov” caz qrupunun konserti olub.
   Qrupun solistləri Mariam Ebralidze və “Geostar” caz müsabiqəsinin finalçısı Vaja Manianın ifası mərkəzə toplaşan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri iyunun 24-də başa çatıb.