"Hədəf" nəşriyyatı yay mövsümündə yeni layihəyə - bədii ədəbiyyat silsiləsindən "Xatirə ədəbiyyatı"na start verib.
Nəşriyyatın rəhbəri Şəmil Sadiq bildirib ki, hazırda "Xatiratım" silsiləsindən Hüseyn Şərifin və Əliağa Şıxlinskinin xatirələri və "Mustafa Kamal Atatürk haqqında" xatirələr nəşrə hazırlanır.
Mühacir ədəbiyyatımızın nümayəndələrindən dilçilik üzrə ən böyük alimimiz Mirzə Kazım bəyin "Uyğurlar haqqında", "Bab və babilər", "Şeyx Şamil və müridizm" də daxil olmaqla üç böyük əsəri çapa hazırlanır.
Nəşriyyat 2016-cı ilədək Xalq yazıçısı Əzizə Cəfərzadənin tarixi romanlarından ibarət iyirmiyə yaxın əsəri də nəşr etmək niyyətindədir.