Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədilə müxtəlif məzmunlu kitablarla yanaşı, yeni nəşrlərinin onlayn versiyasını da oxucularına təqdim edir.
Mərkəzdən bildirilib ki, onlayn mütaliəçilər bu nəşrləri www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsindən əldə edə bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur.
Qeyd edək ki, elektron kitabxana vasitəsilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə yanaşı, mütəmadi olaraq “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür.