Amerikalı məşhur detektiv yazıçı Ann Rule iyulun 26-da 84 yaşında vəfat edib. 1931-ci ildə ABŞ-ın Miçiqan ştatında doğulan A.Rule Vaşinqton Universitetinin psixologiya, kriminologiya və yazıçılıq fakültəsini bitirib. Setl Polis İdarəsində əmək fəaliyyətinə başlayan A.Rule yazıçı kimi karyerasına 1969-cu ildən “Həqiqi detektiv” (True Detective) jurnalında silsilə yazılarla çıxış etməklə başlayıb. 1980-ci ildə qələmə aldığı “Yanımdakı əcnəbi” (The Stranger Beside Me) adlı ilk kitabında cinayətkar aləmin məşhur simalarından olan Ted Bundinin həyatından bəhs edib. Detektiv janrda 30-dan çox kitabın müəllifidir.