Oktyabrın 22-24-də dünya ədəbiyyatında detektiv janrda yazılan əsərlərin ustası kimi tanınan yazarlar İstanbulda təşkil olunacaq “Qara həftə” festivalına qatılacaqlar.
Görkəmli ingilis yazıçısı Aqata Kristinin 125 illiyi münasibətilə təşkil olunan festival İstanbulu yenidən dünya ədəbiyyatının diqqət mərkəzinə gətirəcək. Konfranslar, müsahibələr, imza günləri və film nümayişləri ilə müşayiət olunacaq festivalda türk ədəbiyyatının nüfuzlu müəlliflərindən Ahmet Ümit, Celil Oker, Adnan Özər ilə yanaşı, dünya ədəbiyyatının Lesli Klinqer, Neyl Qeyman, Aleksandr MakKol Smits, Petros Markaris, Roberto Konstantini, Jin Rufin və s. kimi tanınmış nümayəndələri də iştirak edəcək.