Ankarada musiqi təhsilini davam etdirən azərbaycanlı skripkaçı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev növbəti uğurlu ifası ilə musiqisevərləri valeh edib.  Bilkənd Universitetinin məşhur simfonik orkestrinin və 13 yaşlı gənc istedadın Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilmiş konserti böyük maraqla qarşılanıb. Salona toplaşanlar arasında Azərbaycan, Rusiya və digər ölkələrin səfirləri, müxtəlif dövlət qurumları və universitetlərin nümayəndələri, tanınmış musiqiçilər və nüfuzlu ziyalılar var idi. Konsert proqramında Bethoven, Mosart və Çaykovskinin ifaçılıq baxımından bir-birindən çətin əsərləri yer alıb.