Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti, 2015-ci il üzrə üçüncü sayı nəşr olunub.
Jurnalın bu sayında Nobel mükafatı laureatlarından Xuan Ramon Ximenesin şeirlər, Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanı, serb yazıçısı Milorad Paviçin “Küləyin astar üzü” romanı, rus poeziyasından seçmələr (Fyodor Tütçev, Maksimilian Voloşin, Semyon Nadson, Andrey Voznesenski), İran yazıçısı Sadiq Hidayətin “Kor bayquş” romanı, Paraqvay yazıçısı Auqusto Roa Bastosun “Kurupi” hekayəsi, Herman Hessenin “Xoşbəxtlik haqqında” essesi və digər maraqlı yazılar təqdim olunur.