Oktyabrın 28-də Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı hazırlanmış nəşrlərin təqdimatı keçiriləcək. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un layihəsi əsasında hazırlanmış “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı və Milli Kitabxana tərəfindən tərtib edilmiş “Bəxtiyar Vahabzadə” biblioqrafik göstəricisi təqdim olunacaq.
Milli Kitabxanadan bildirilib ki, biblioqrafik göstərici Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə hazırlanmış kitabın tamamilə yenidən işlənmiş və çoxlu sayda əlavələr edilərək təkmilləşdirilmiş nəşridir.