İbrahim Əbilov adına mədəniyyət mərkəzi bədii kollektivlərinin illik hesabat konserti keçirilib. Tədbirdə mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov ötən bir ildə bədii kollektivlərin fəaliyyətindən ətraflı söz açıb, keçirilən mərasimlərdə onların fəal iştiraklarını xüsusi vurğulayıb. Tədbirdə bədii kollektivlər hesabat konserti ilə çıxış ediblər.
   Sonda fərqlənən kollektivlərə mərkəzin fəxri fərmanları və diplomları verilib.
   Mükafatları mərkəzin rəhbəri M.Əsgərov, qonaqlardan Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, şairələr Minayə Dəyanətqızı, Niavər Şərifova və başqaları təqdim ediblər.