AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Könül Bağırovanın "Azər Buzovnalı arxivinin təsviri" kitabı nəşr olunub. Yeni nəşrdə şair Azər Buzovnalının bu elm müəssisəsində saxlanılan şəxsi arxiv materialları - tərcümeyi-halı ilə bağlı sənədlər, əsərlərinin və tərcümələrinin əlyazmaları, məktubları və ona yazılmış məktublar, bir sıra digər sənədlər barədə məlumatlar verilir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.