Noyabrın 25-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq şairi, görkəmli dramaturq, Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Söz nəbzidir, aynasıdır zəmanənin” adlı tədbir keçiriləcək.
Ədibin yubileyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına əsasən keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açacaq, Milli Konservatoriyanın və konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənəcək.