Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda birliyin "Ulduz” jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti “Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu "Variasiya”ya təqdim olunmuş polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun poeziyası haqqında məlumat verib. Qeyd olunub ki, Çeslav Miloşun müsabiqəyə təqdim olunmuş “Poeziya sənəti” ("Ars Poetica") şeirinin tərcüməsinə 7 nəfər qatılıb. Onların arasından şairə Xatirə Xatun birinci yerə layiq görülüb. Hicran Hüseynova xüsusi mükafatla təltif edilib. Qaliblərə diplom və mükafat təqdim olunub.
“Variasiya” müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. Müsabiqənin şərtlərinə əsasən təqdim olunan xarici müəllifin əsəri müxtəlif variantlarda tərcümə olunur, onların içərisindən ən yaxşısı seçilir.