Daşkənddəki “Hilol-naşr” nəşriyyatı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini “Qəlb gövhəri” adlı kitabda özbək dilində nəşr edib.
Kitabda verilən əsərləri Azərbaycan və fars dillərindən özbək dilinə filologiya elmləri namizədi Erqaş Oçilov tərcümə edib. O, kitaba “Türk xalqlarının müştərək şairi” adlı “Ön söz” yazıb. Yazıda böyük şairin həyatı, yaradıcılığı, dövrü haqqında ətraflı məlumat verilir, əsərləri təhlil edilir.
Nəfis tərtibatlı 431 səhifəlik nəşrdə şairin qəzəlləri, tərkibbəndləri, müxəmməsləri, məsnəviləri, rübailəri, həmçinin farsca divanı yer alıb.