Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi keçirilməyəcək. Mərkəzdən bildirilib ki, təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi səbəbindən ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmamış elan olunub.
Qeyd edək ki, “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi Tərcümə Mərkəzi tərəfindən gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədilə təsis edilib.