Azərbaycan Yazıçılar Birliyinin aylıq-bədii orqanı olan “Azərbaycan” jurnalının 2015-ci il dekabr sayı Xalq yazıçısı Yusif Səmədoğlunun 80 illiyinə həsr edilib. Nəşrin ilk səhifələrində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, millət vəkili Nizami Cəfərovun “Yusif... və Yusifoğlu” adlı elmi məqaləsi, Əməkdar jurnalist, yazıçı-publisist, millət vəkili Elmira Axundovanın “Nostalji” sərlövhəli xatirə yazısı verilib.
Yazıçı-dramaturq Əli Əmirlinin “Ölümə qənşər” adlı yazısı, gənc yazar Pərvin Nurullayevanın “Yusif Səmədoğlu - ölümdən sonrakı həyat” sərlövhəli araşdırma məqaləsi də jurnalda yer alıb.
Jurnalın “Poeziya” və “Nəsr” bölmələrində müxtəlif müəlliflərin əsərləri dərc olunub.