IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Almaniyanın “Signum” saksafon kvartetinin konserti olub. Musiqi axşamında dünyanın məşhur bəstəkarlarından Aleksandr Qlazunovun, Samuel Barberin, Bela Bartokun, Fabien Levin əsərləri ifa olunub.
   Həmin gün Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi gecəsi keçirilib. Konsertdə Əməkdar artist, beynəlxalq müsabiqə laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarovanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səslənib.