2013-cü ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsi ilə bağlı milli seçimlər başlanır. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) yaşı 16-dan yuxarı olan gənclərin sənəd qəbuluna start verib. Oktyabrın 15-dən başlanan sənəd qəbulu prosesi oktyabrın 25-dək davam edəcək. “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərdə iştirak etmək istəyənlər sənədləri İTV-də Təşkilat Komitəsinə təqdim edə bilərlər.