Bakı Musiqi Akademiyasında Fransanın Azərbaycandakı səfirliyi musiqi proqramları çərçivəsində fortepiano və violonçel konserti təşkil edib. Konsertdə məşhur violonçelist Moris Mareşalın şagirdi Alen Mönye İohan Sebastyan Bax, Frederik Şopen, Qabriel Fore ve Qara Qarayevin musiqi parçalarını səsləndirib. Onu Paris Konservatoriyasının vokal professoru, bir çox beynəlxalq yarışların qalibi, pianoçu Ann Lö Bozek müşayiət edib.
   Alen Mönye musiqi təhsilini Parisdə alıb. Onun musiqi karyerası Alkandan başlayaraq, Bax, Bethoven, Ksenakis və Zafredin əsərlərinədək geniş repertuarla zəngindir. Pianoçu Ann Lö Bozek isə dünyanın ən böyük səhnələrində çıxış edir, Avropa və Asiyada ustad dərsləri verir.