Şeir gecəsi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunus Əmrə İnstitutu tərəfindən fevralın 12-də Nizami Kino Mərkəzində "Xəzərdə eşqin səsi" adlı şeir gecəsi keçiriləcək. Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində gerçəkləşəcək tədbirdə türk və Azərbaycan dilində şeirlər teatr sənətçiləri tərəfindən səsləndiriləcək, “Savalan” musiqi qrupu çıxış edəcək.