Azərbaycan muğamlarını dünyada yüksək şəkildə təbliğ edən gənc xanəndə Qoçaq Əsgərov daha bir yeniliyə imza atıb. Yunanıstanda keçirilmiş “Womex” beynəlxalq musiqi festivalında ölkəmizi layiqincə təmsil edən Q.Əsgərovun ifası böyük tirajla buraxılmış diskə daxil edilib. Xanəndə bildirib ki, festivalın təşkilatçıları və münsiflər heyəti tərəfindən bəyənilmiş 34 ən yaxşı musiqiçidən 20-sinin ifası diskə daxil edilib. Bu sırada Q.Əsgərovun ifasında “Bayatı-Şiraz” muğamından parça və “Küçələrə su səpmişəm” xalq mahnısı yer alıb.