Filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Muxtar Kazımoğludur. Monoqrafiyada “Koroğlu” eposunun şeir dili tədqiq edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə bu şeirlərin semantikasını şərtləndirən detalların hər birinə münasibət bildirilir.
“Koroğlu” dastanının “Dədə Qorqud kitabı”nın məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, eyni zamanda şeir parçalarında rast gəlinən qədim dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil edilir.

Soltan