Estoniyanın Tallin şəhərində keçirilmiş “Narva ulduzları yandırır” adlı gənc ifaçıların beynəlxalq müsabiqəsində ölkəmizin təmsilçisi Suada Hacızadə uğurla çıxış edib. Bakıdakı G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə yeddinci sinif şagirdi S.Hacızadə 13-15 yaş qrupu üzrə üçüncü yerə layiq görülüb.