Tanınmış vokalçı Ramil Qasımov Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı və CD toplu üzərində çalışır. Sənətçi bildirib ki, konsert proqramı və CD toplunu hazırlamaqda məqsəd milli dəyərlərimizə hörmət və unudulmuş xalq mahnılarının müxtəlif ölkələrdə təbliğidir. Hazırda AzTV-nin Əhsən Dadaşov adına «Xatirə» xalq çalğı alətləri ansamblı ilə məşqlər gedir. Ansamblın bədii rəhbəri, Xalq artisti Adil Bağırov əsərləri yeni interpretasiyada hazırlayır. Konsert proqramı və CD yanvar ayında təqdim olunacaq.
   Ramil Qasımov onu da əlavə edib ki, Azərbaycan vokalçıları ilə birlikdə «Dünya azərbaycanlılarının birlik nəğməsi» adlı musiqi kompozisiyası hazırlanır. Mahnının musiqisi Azad Zahidə, sözləri Abdulla Qurbaniyə məxsusdur.