“Hədəf” nəşrlərində Mirzə Kazım bəyin seçilmiş əsərləri işıq üzü görüb. Nəşriyyatın direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, ilk dəfə Azərbaycan dilində çap olunan kitabda Mirzə Kazım bəyin “Uyğurlar”, dini hərəkat olan babiliyin tarixindən bəhs edən “Bab və babilik”, həmçinin Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb. Kitabı rus dilindən dilimizə İsmayıl Umudlu tərcümə edib.