Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində “Yeddi muğama səyahət” adlı konsert keçiriləcək. Layihənin bədii rəhbəri Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, Əməkdar artist Fikrət Verdiyev, müəllifi Şahin Mirzəyevdir. Konsertdə Xalq artisti Arif Babayev başda olmaqla bir çox tanınmış xanəndələrin ifasında muğamlar səslənəcək. Xanəndələri tarzən Fikrət Verdiyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı müşayiət edəcək.