Yanvarın 30-da Niyazinin mənzil-muzeyində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun tədbiri keçirilib. Fortepiano musiqisi axşamında Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyevin tələbələrinin ifasında konsert təqdim edilib.
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova professor Oqtay Abbasquliyevin pedaqoji fəaliyyətindən danışıb.
   Bakı Musiqi Akademiyası müəllimləri və tələbələrinin, muzeyin əməkdaşlarının iştirak etdikləri tədbirdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.