Aprelin 12-də Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) tanınmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
MKS-dən bildirilib ki, tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Ə.Əlibəylinin II Dünya müharibəsində iştirak edib, dörd il cəbhədə olub, orden və medallarla təltif edilib, 1945-ci ildə ağır yaralanaraq Bakıya dönüb, qələbə xəbərini hospitalda müalicə olunarkən alıb.
Şairin sağlığında onun “Qaranquş”, “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki...” və digər kitabları çap olunub. O, “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında” və digər filmlərdə səslənən mahnı mətnlərinin müəllifidir.