Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin Kırıkkale Universitetində keçirilən “Bütün istiqamətləri ilə osmanlıca və miras” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Universitetin ilahiyyat fakültəsi tərəfindən təşkil olunmuş tədbirdə azərbaycanlı alimin “Osmanlıca əlyazmaların Bakı nüsxələri” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Əlyazmalar İnstitutunun fondlarında saxlanılan nadir Osmanlı əlyazmaları ilə bağlı tədqiqatların nəticələri təqdim olunub.