Türkiyənin dünya şöhrətli estrada müğənnisi Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramlarına başlayıb.
Sentyabrın 13-dək davam edəcək konsert proqramlarında ulduz müğənni 60 min insanın qarşısında çıxış edəcək. Hazırda tamaşaçılar üçün nəzərdə tutulan 60 min bilet satıldığından, əlavə biletlər də sifariş olunub. Qeyd edək ki, 10 günlük konsert proqramı Türkiyənin "Kirli Kedi" ve "Atlantis Yapım" təşkilatlarının dəstəyi ilə keçirilir.