Fevralın 5-də dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 98 ili tamam olur.
Bu münasibətlə bəstəkarın Fəxri xiyabandakı qəbri ziyarət olunacaq. Axşam Azərbaycan Dövlət Filarmoniyasında sənətkarın xatirəsinə həsr olunmuş musiqi axşamı keçiriləcək. Gecədə Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səslənəcək.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin “Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq. Solist İspaniyada təhsil alan gənc skripkaçı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Qəniyevdir.