İsveçin paytaxtı Stokholmda keçiriləcək «Eurovision-2016» mahnı müsabiqəsində Azərbaycanı Səmra Rəhimli təmsil edəcək. Bu barədə milli təmsilçinin seçimi üzrə münsiflər heyətinin iclasında qərar qəbul olunub. Səmra Rəhimli «Səs Azərbaycan» musiqi yarışmasının qalibidir. O, mahnı müsabiqəsində «Miracle» mahnısını ifa edəcək.
«Eurovision-2016»nın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.