Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Habil Əliyev adına gənc kamança ifaçılarının I respublika müsabiqəsinə start verilib.
Müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi və dəstəklənməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.
Müsabiqənin açılış tədbiri aprelin 11-də Bakı şəhər Ə.Bədəlbəyli adına 23 saylı onbirillik musiqi məktəbində keçirilib. Müsabiqənin I turu 11-30 aprel tarixində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Ağcabədi, Goranboy rayonlarında, II turu isə 2-5 may tarixində Habil Əliyevin anadan olduğu Ağdaşda təşkil olunacaq. Qaliblərin yekun konserti may ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.