Lerik rayonunun Hamarat kənd kitabxanasında gənc şair Vüqar Həmatinin “Qəzəllər” kitabının müzakirəsi keçirilib. Məktəbin ədəbiyyat müəllimi, şair Murad Hüseynov kitabda verilmiş qəzəllərin dərin məzmun daşıdığını, oxucuya xoş təsir bağışladığını bildirib.
Kənd ziyalılarından Cabir Həbibov, Bəhrəm Allahverdiyev, Orucəli Şiriyev, Hacırza Kərimov kitab haqqında fikirlərini bölüşüblər. Hacımusa Mirzəyev şairin qəzəllərindən nümunələr söyləyib.
Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib, poeziya həvəskarlarına kitab hədiyyə edib.

Zəfər Orucoğlu
Lerik rayonu