Mayın 26-da Heydər Əliyev Sarayında Respublika Gününə həsr olunmuş “Ulu torpağım Azərbaycan!” adlı konsert proqramı keçirilib.
Konsertdə Xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), müğənnilər Samir Piriyev, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yəhyayeva, Yaşar Yusub, Yaşar Muradov, aşıqlar - Əməkdar mədəniyyət işçisi Əhliman Şirvanlı, Fəzail Misginli, aşıq Nazim və aşıq Nəbi iştirak ediblər.
Sarayın rəhbərliyi tərəfindən bayram konsertinə Heydər Əliyev adına Ali Hərbi Məktəbin, C.Naxçıvanski adına hərbi liseyin kursantları, zabitlər, eləcə də Daun sindromlu, fiziki qüsurlu, kimsəsiz, əlil uşaqlar təmənnasız olaraq dəvət olunub.