Xəbər verdiyimiz kimi, 21-29 may tarixində Moskvada Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə azərbaycanlı gənc skripkaçı Ceyla Seyidova Qran-pri mükafatına layiq görülüb. Müsabiqənin qala-konserti zamanı mükafat skripkaçıya təqdim edilib.
Ceyla Seyidova bir sıra müsabiqə və festivalların qalibidir. 2007-ci ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılıb. Ölkə başçısının sərəncamı ilə 2015-ci ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.