Mədəniyyət və Turizm Nazirliyi tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.
Bu məqsədlə xaricdən təcrübəli müəllimlər, eləcə də ölkəmizdən kənarda çalışan soydaşlarımız - incəsənət xadimləri də dəvət olunurlar.
Bugünlərdə tanınmış azərbaycanlı pianoçu, Türkiyənin Yedditəpə Universitetinin dosenti İslam Manafov Bakıda olub, paytaxtın bir sıra musiqi və incəsənət məktəblərində konsert proqramı ilə çıxış edib və ustad dərsləri keçib.