Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi” keçirir. Müsabiqənin əsas turunun ikinci mərhələsi Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki mədəniyyət evində gerçəkləşib.
Əsas turun üçüncü mərhələsinin Ordubad rayonunda keçirilməsi nəzərdə tutulub. Müsabiqənin yekun konserti isə noyabr ayında Naxçıvan şəhərində keçiriləcək.
Qaliblər yekun konsertdə mükafatlandırılacaqlar.