Əməkdar artisti tanınmış cazmen Şahin Növrəsli xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək.
İfaçının saytında yer alan məlumata görə, cazmenin iyunun 15-də Nyu-Yorkda “Blue Note”, 16-da Bostonda “Scullers” caz-klublarında konserti olacaq. Musiqiçi avqustun 4-də Fransada “Jazz in Marciac” festivalında çıxış edəcək. Sentyabrın 12-də isə Nyu-Yorkda “Blue Note” caz-klubunda Şahin Növrəslinin albomu təqdim olunacaq.