9-10 iyul tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda “Sea Breeze” istirahət mərkəzində ilk dəfə “JARA” (“JARA”) beynəlxalq musiqili yay festivalı keçiriləcək.
Festivalın təşkilatçıları müğənni Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps və “Russkoye Radio”nun yaradıcısı, "Zolotoy Qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festivalda Rusiya estradası ulduzlarının iştirakı gözlənilir. Həmçinin Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı nəzərdə tutulur.