İyulun 3-də Londonun “Spice of life jazz” klubunda tanınmış caz ifaçısı Elçin Şirinov möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat verən ifaçı bildirib ki, iyulun 15-də onu müşayiət edən qrupla birgə Londonun “Vortex jazz” klubunda konsert verəcək.
Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayevin əsərləri ilə yanaşı, bir sıra xalq və bəstəkar mahnıları da səsləndiriləcək. Həmçinin cazmen özünün bəstəsi olan musiqi nömrələri ilə də çıxış edəcək.