Daşkənddəki kun.uz portalında ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə muğamlarımız haqqında özbək dilində material yer alıb.
Məqalədə Azərbaycan muğamları haqqında ətraflı məlumat verilib, bu fəlsəfi musiqinin dünyada populyarlığından söhbət açılıb.
Qeyd olunub ki, Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bakıda “Muğam aləmi” beynəlxalq festivalı keçirilir. 2009-cu ildə festivalda Özbəkistandan Yulduz Turdieva da iştirak edib və onun ifa etdiyi “Qarabağ şikəstəsi” birinci mükafata layiq görülüb.
Materialda Bakıda keçirilən muğam müsabiqələrində iştirak edən digər özbək ifaçıları haqqında da məlumat verilib.