Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni layihəyə start verib

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni turizm və istirahət obyektlərində əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə konsert proqramları təşkil edir. Bu layihədən ilk tədbir Goradildə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət mərkəzinin açılışı zamanı keçirilib.
Tədbirdə C.Cabbarlı adına Mədəniyyət evi, şəhər Mədəniyyət evi və Corat qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda Akkaya və Ravin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb. Kamil Ağazadənin hazırladığı şou proqram uşaqların böyük marağına səbəb olub.