Avqustun 25-dən 28-dək Türkiyənin Balıkəsir vilayətinin Edremit bölgəsində ənənəvi Zeytunlu Rok Festivalı keçiriləcək.
Bu il “Dəniz, qum, günəş və rok musiqisi” şüarı ilə reallaşacaq festival “Edremit Dalyan” sahilində baş tutacaq.
2004-cü ildən keçirilən festival bu il yenə rok və alternativ musiqi dünyasının ən yaxşı ifaçıları ilə digər musiqi qruplarını bir araya gətirərək möhtəşəm rok konserti təqdim edəcək.
Bu dəfə festivala Yunanıstan, Bolqarıstan, Rumıniya, Almaniya və Kiprdən olan peşəkar və həvəskar rok və musiqi qrupları qatılacaq.
Qeyd edək ki, ötən il 100 mindən çox roksevərin iştirak etdiyi festivalın bu il daha möhtəşəm keçəcəyi gözlənilir.